2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Rusiyadan araq idxalını artıraraq bu sahədə əsas tərəfdaşlardan birinə çevrilib. "PostMedia" xəbər verir ki, federal "Aqroeksport" mərkəzinin məlumatına görə, Azərbaycan Rusiyadan ən çox araq idxal edən ilk beş ölkə arasında yer alıb. Bu siyahıya həmçinin Qazaxıstan, Gürcüstan, Çin və İsrail daxildir.
Ümumilikdə, Rusiya 2025-ci ilin ilk altı ayında xarici bazarlara 16 min ton araq ixrac edib ki, bu da təxminən 25 milyon dollar dəyərindədir. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21% (fiziki həcmdə) və 39% (pul ifadəsində) artım deməkdir.
Həmçinin Rusiya 2025-ci ildə 2023-cü ildən sonra ilk dəfə olaraq Laosa, 2022-ci ildən sonra isə Malayziyaya araq ixracını bərpa edib. Cin, likör və digər spirtli içkilərin ixracı da həmin dövrdə artım göstərib.