6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21-iyul-2025
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir
Yazı Ölçüsü:

“Azərenerji” ASC 110/35/10 kV-luq "Naxçıvan" YS-nın yenidən qurulması, Naxçıvan enerji baş idarəsinin tikintisi və 110/35/10 kV-luq "Çeşməbasar" YS-nın yenidən qurulması üçün elan etdiyi tenderə yekun vurub.

PostMedia” xəbər verir ki, müsabiqənin qalibi "Azconstruction" QSC olub.

Qalib şirkətə 46 milyon 829 min 51 manat 18 qəpik ödəniləcək.

Qeyd edək ki, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevdir.

Xatırladaq ki, 2024-cü il oktyabrın 5-də Azərbaycan Baş Nazirinin imzaladığı sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə Balababa Rzayevə şiddətli töhmət elan edilib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031