Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi iki satınalma müsabiqəsi ləğv edilib.
“PostMedia” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq qərar qəbul edilib.
Məlumata görə, "Sumqayit Bulvar" MMC-nin 85 min 547 manat 17 qəpiklik bulvar ərazisində işiqlandırma sisteminin təmirinin satınalması və 28 min 312 manat 10 qəpik məbləğindəki fontanların, su anbarlarının və çiləyici sistemlərin təmiri və bərpası tenderlərinin hər ikisinin ləğvinə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması göstərilir.
Xatırladaq ki, 2015-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.