“Azərenerji” ASC-nin keçirdiyi açıq tenderə yekun vurulub.
“PostMedia” xəbər verir ki, müxtəlif növ avadanlıqlar və aqreqatlarda təmir-təftiş xidmətinin alışı üzrə keçirilən müsabiqənin qalibi “Profix” MMC olub.
2018-ci ildə yaradılan qurum “Azərenerji” ilə 1 milyon 389 min 950 manatlıq xidməti müqavilə imzalayıb.
“Profix” MMC-nin qanuni təmsilçisi Həsənov Elmir Əlimərdan oğlu 2021-ci ilə qədər “Muğan Bank” ASC-nin İdarə Heyətinin sədri olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə sabiq deputat Əhməd Vəliyevə məxsus “Muğan Bank”ın lisenziyası ləğv edilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
