N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Qadın sahibkarların nəzərinə - Hakatona qoşulub 10 000 dollar qazanın

01-iyul-2025
Türkan Nəbi
Qadın sahibkarların nəzərinə - Hakatona qoşulub 10 000 dollar qazanın
Yazı Ölçüsü:

“Visa” rəqəmsal ödəmələrdə dünya lideri, “Reinvantage” şirkəti ilə tərəfdaşlıqda, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda, qadınlar üçün ilk “She’s Next” Hakatonuna start verir.

PostMedia” xəbər verir ki, qadın sahibkarları dəstəkləyən qlobal “She's Next Empowered by Visa” təşəbbüsü çərçivəsində təşkil olunmuş bu proqram regiondakı qadınlara 20-yə yaxın ekspertdən bilik qazanmaq, mentorluq əldə etmək, bizneslərinin görünürlüyünü artırmaq və 20 000 ABŞ dolları məbləğində mükafat fondu uğrunda yarışmaq şansı təklif edir.

“She's Next” Hakatonu cəsur düşüncə, real dünya həlləri və biznesdə inklüziv innovasiyaları təşviq etmək üçün nəzərdə tutulub. Ənənəvi hakatonlardan fərqli olaraq, burada iştirakçılar kodlaşdırma (kompüter proqramlaşdırması) ilə məşğul olmayacaqlar, əvəzində əsas diqqəti biznes strategiyasına və problemlərin həllinə yetirəcəklər. İştirakçılar maliyyə davamlılığı, biznesdə strateji istiqamətinin dəyişməsi, bazarın genişləndirilməsi, trendlərin proqnozlaşdırılması və sahibkarlığa aid digər çağırışların öhdəsindən gələcəcəklər.

Proqram bir neçə mərhələdən ibarət olacaq:

• 30 iyun – 29 avqust: iştirakçıların qeydiyyatı
• 3-12 sentyabr: biznes təhsili
• 16 sentyabr: iştirakın təsdiq edilməsi və komandaların formalaşdırılması
• 18 sentyabr – 1 oktyabr: hakaton

Bütün fəaliyyətlər tamamən onlayn və yalnız ingilis dilində həyata keçiriləcək.

“She’s Next” rəqəmsal icması və sair maraqlı tərəflərin iştirakı ilə 3 oktyabrda açıq virtual toplantı formatında keçiriləcəkBöyük Final Hakatonun kulminasiyası olacaq. Bu tədbirdə uğurlu sahibkarlar, biznes liderləri və Visa idarəediciləri bir araya gələrək bilik mübadiləsi aparacaq və qadınlarıninnovativ gücünü bayram edəcəklər. Tədbirdə Hakaton zamanı işlənib hazırlanmış biznes konsepsiyaları təqdim olunacaq, eləcə də ana çıxışlar səslənəcək, maraqlı müzakirələr biznes viktorinası baş tutacaq.

Proqram daxilində iştirakçılar səriştəli biznes mütəxəssislərinin keçirtdiyi və praktiki biliklər təqdim etdiyi dörd onlayn vebinardan yararlanacaqlar. Hakaton mərhələsinə yüksələn komandalar təcrübəli biznes təsisçiləri, məsləhətçilər və innovasiya ekspertləri ilə azı üç mentorluq sessiyasındafərdi təlimat alacaqlar. Bütün iştirakçılar həmçinin beynəlxalq biznes əlaqələri qurmaq üçün geniş imkanlar əldə edəcək və regionun hər bir ölkəsindən həmfikir qadın sahibkarları birləşdirən əhatəli She’s Next rəqəmsal platformasına qoşulmağa dəvət olunacaq.

Qaliblər 3 kateqoriya üzrə müəyyən olunacaq:

• Əsas qalib – 10 000 ABŞ dolları
• Ən innovativ qalib – 5 000 ABŞ dolları
• Ən sosial səmərəli qalib – 5 000 ABŞ dolları

Pul mükafatları ilə yanaşı, müsabiqənin qalibləri sənaye liderləri ilə üç aylıq mentorluq, “Visa” və “Reinvantage” platformalarında geniş görünürlük, gələcək tədbirlərə dəvətlər, “She’s Next” icması daxilində davamlı tanıtımimkanları qazanacaqlar, eləcə də regionun KİV-lərinə yayılan rəsmi mətbuat açıqlamasında ayrıca qeyd olunacaqlar.

“Qadın liderliyinın və sahibkarlığının uzunmüddətli tərəfdarı olaraq, “Visa” inanır ki, qadınlar inklüziv iqtisadi artımı irəli aparmaq iqtidarındadırlar,” – deyərək “Visa”nın baş vitse-prezidenti, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə regional meneceri Kristina Doroş (Cristina Doros) qeyd etdi.

“Regionumuzda beş ildən artıq uğurla genişlənən “She’s Next Empowered by Visa” təşəbbüsü çərçivəsində keçirilən “She’s Next” Hakatonu qadınların qüvvətləndirilməsi missiyamızda yeni mərhələni təmsil edir. Həmin proqram üzrə Reinvantage ilə əməkdaşlıqdan qürur duyuruq. İşbirliyimiz 2022 ildə qadın sahibkarlığına dair regional sorğu ilə başladı və bir il sonra “She’s Next”rəqəmsal icma platformasının təqdim edilməsi ilə davam etdi. “She’s Next” Hakatonu sadəcə bir müsabiqə deyil, o, cürətli ideyalar və güclü liderlik üçün start meydançasıdır. Bu proqramın yeni sahibkarlıq istedadlarını necə yüksəldəcəyini görmək məni çox həyəcanlandırır”.

“She’s Next” Hakatonunda iştirak istənilən mərhələdə – yenicə öz işini qurmuş qadınlardan oturuşmuş sahibkarlaradək açıqdır. Siz fərdi qaydada və ya komanda kimi (beş nəfərəqədər) qeydiyyatdan keçə bilərsiniz. Qarışıq-cinsli komandalar da qəbul edilir, lakin onlara qadınlar rəhbərlik etməlidirlər.

"Yenidən kəşf sadəcə dəyişikliklərə və qeyri-müəyyənliyə cavab deyil – o, gələcəyin artıq tələb etdiyi həlləri ortaya çıxarmağa imkan verən bir təfəkkürdür. “She's Next”Hakatonu qadın sahibkarların yeni nəslini bu düşüncə tərzinəkökləmək məqsədini qoyur, strategiyalarla təchiz etməklə yanaşı, onlarda məqsədyönlük, çeviklik və uzaqgörənlik bəsləməklə irəliyə adlamaq üçün inam yaradır. Bu, tək sahibkarlıq deyil – inklüziv, dayanıqlı biznesin gələcəyini formalaşdırmaq deməkdir,” – Əndryu Vrobel (Andrew Wrobel), “Reinvantage” şirkətinin baş yenidən-kəşf direktoru söylədi.

İştirak qaydalarını daha ətraflı öyrənmək və She’s NextHakatonunda qeydiyyatdan keçmək üçünhttps://shesnext.emergingeurope.org/hackathon2025/ keçidlə daxil olun. Qeydiyyat 29 avqustadək açıqdır.

“Visa” (NYSE: V) rəqəmsal ödəmələrdə dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız ən innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə ayrı-ayrı bizneslərə və bütöv iqtisadiyyatlar üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, hər zaman hamını daxil edən iqtisadiyyatlar bütün dünyada hər zaman hamının güzəranını yaxşılaşdırır və iqtisadi əlçatanlığı pulların gələcək qlobal hərəkətinin əsası kimi görürük. Daha ətraflı məlumat üçün: visa.com.az

“Reinvantage”, insanlara və təşkilatlara dəyişikliyi öncədən görməyə, aktuallığı qoruyub saxlamağa və növbəti addımları planlamağa kömək edən strateji yenidən kəşf şirkətidir. O, təfəkkürdən başlamış strategiyanın icrasınadək hər səviyyədə yenidən kəşfi dəstəkləmək üçün ixtisaslaşmış məsləhətləri və gələcək yönlü qənaətləri bir araya gətirir. Reinvantage həmçinin regionda innovasiyalara və dayanıqlı inkişafa yönəlmiş Emerging Europe (“İnkişafda olan Avropa”) adlı uzunmüddətli təşəbbüsühəyata keçirir və məhz bu təşəbbüs vasitəsilə She's Next rəqəmsal platformasını idarə edir. Bu inteqrasiya olunmuş model hər bir proqramın, tərəfdaşlığın və ya təşəbbüsün real dünya aktuallığınıvə uzunmüddətli təsirə əsaslanmasını təmin edir. Daha ətraflı məlumat üçün: reinvantage.org

“She’s Next” Hakatonunun toplam qaydaları ilə tədbirin rəsmi səhifəsində bu https://shesnext.emergingeurope.org/hackathon2025/ tanış olun.

Kateqoriyalar