Azərbaycan Mərkəzi Bankının (AMB) Yevlax Ehtiyat və Biləsuvar Regional Mərkəzlərinin rəhbərləri dəyişib.
“PostMedia” xəbər verir ki, müvafiq olaraq Ədalət Bayramov və Nəbi Rüstəmov vəzifələrindən azad edilib.
Onların yerinə Fuad Hacıyev və Seymur Məmmədov təyin edilib.
F.Hacıyev bundan əvvəl AMB-nin ləğv edilmiş Gəncə Regional Mərkəzinin, S.Məmmədov isə ləğv edilmiş Quba Regional Mərkəzinin rəhbəri olub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
