Moskva şəhərində “Turan Dövlətləri Rusiya Zirvəsi” keçirilir
22-may-2025
Admin
Yazı Ölçüsü:
Mayın 20-24-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Turan Dövlətləri Rusiya Zirvəsi” adlı mötəbər tədbir baş tutur.
"PostMedia" xəbər verir ki, tədbir Azərbaycan Françayzinq Assosiasiyası və Türkiyənin Françayzinq Market təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Zirvə görüşü, Turan coğrafiyasını təmsil edən iş adamlarını, investorları və françayzinq sektorunun aparıcı nümayəndələrini bir araya gətirərək, regional iqtisadi əməkdaşlığın və françayzinq bazarının inkişafına töhfə verməyi hədəfləyir.
Tədbirdə Türkiyənin tanınmış markaları, eləcə də Tokat İş Adamları Birliyinin nümayəndələri ilə yanaşı, Rusiyanın müxtəlif vilayətlərindən olan 60-dan çox beynəlxalq brend iştirak edir. Bu mötəbər tədbir, iştirakçılara yeni bazarlara çıxış imkanı yaratmaqla yanaşı, qarşılıqlı tərəfdaşlıqlar üçün məhsuldar zəmin formalaşdırmağı hədəfləyir.
Tədbirin əsas tərəfdaşı Rusiya Federasiyasının aparıcı maliyyə qurumlarından biri olan Alfa Bankdır. Bank əməkdaşları, tədbir boyu sahibkarlıq və françayzinq sahəsində maliyyə dəstəyi imkanları barədə geniş təqdimatlarla çıxış edib.
Zirvə çərçivəsində həmçinin, Azərbaycan Françayzinq Assosiasiyası ilə Rusiya Françayzinq Assosiasiyası arasında strateji əməkdaşlığa dair Memorandum imzalanması razılaşdırılmışdır. Bu sənəd, iki ölkə arasında françayzinq bazarının genişlənməsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu tədbir, Turan Dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, yeni işgüzar əlaqələrin qurulmasına və regional françayzinq sektorunun beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.
Natali Muravidze: “Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin yenilənməsi, ölkənin maliyyə bazarlarının müasirləşməsi baxımından dönüş nöqtəsidir”
15-may-2025
Maliyyə-Biznes
Rusiya Azərbaycanda sənaye parkının salınmasına ümid edir
12-may-2025
Maliyyə-Biznes
ABB bütün nəqliyyat sistemini bank kartı ilə ödənişə keçirmək istəyir
08-may-2025
Maliyyə-Biznes
"Uber" "Trendyol"un bir hissəsini alır
06-may-2025
Maliyyə-Biznes
Vergi ombudsmanına 88 vergi ödəyicisi tərəfindən müraciət ünvanlanıb
25-aprel-2025
Maliyyə-Biznes
Mask maydan etibarən DOGE fəaliyyətində daha az iştirak edəcək