İyunun 27-də, saat 10:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“PostMedia” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 2 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin illik hesabatlarının dinlənilməsi və təsdiq edilməsi, nizamnamədə dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 761 min manatdır. "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nin səhmlərinin 98,5%-i Xammədov Hikmət Hacəmməd oğluna məxsusdur. “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qaynı olan Hikmət Xammədov eyni zamanda 2022-ci ilə qədər "Expressbank"da 25 %-lik paya sahib olub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
