"Uber" Türkiyənin yemək və ərzaq çatdırılma platforması olan "Trendyol GO"nun 700 milyon dollara 85%-lik nəzarət payını alacağını bildirib.
"PostMedia" bu barədə qurumların verdiyi açıqlamaya istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu səhmlərin alınması, Türkiyənin e-ticarət şirkəti "Trendyol Group"dan həyata keçiriləcək. Sövdələşmə baş tutrasa "Uber" ölkə üzrə müştərilərə xidmət göstərən, 90 mindən çox restoran və marketdən sifarişləri 19 min kuryer vasitəsilə çatdıran bir platformaya nəzarəti ələ alacaq.
Bildirilib ki, prosesin tamalanması rəsmi qurumların qərarından sonra mümkün olacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
