6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

İran Hürmüz boğazından keçən hər barel neft üçün 1 dollar ödəmə tələb etməyi planlaşdırır

08-aprel-2026
İran Hürmüz boğazından keçən hər barel neft üçün 1 dollar ödəmə tələb etməyi planlaşdırır
Yazı Ölçüsü:
İran hakimiyyətləri Hürmüz boğazından keçən neft gəmilərindən hər barel neft üçün 1 dollar yığmaq və eyni zamanda hər hansı gəmini yoxlamaq imkanına malik olmaq niyyətindədir.
"PostMedia" xəbər verir ki, bu barədə İran Neft, Qaz və Neft-kimya İxracatçıları Birliyinin nümayəndəsi Həmid Hüseyni "Financial Times"a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ödəniş "Bitcoin" ilə həyata keçiriləcək.
“İran boğazdan nə daşındığını nəzarətdə saxlamalıdır ki, bu iki həftəlik [atəşkəs] dövrü silah daşınması üçün istifadə edilməsin.”
O, həmçinin təmin edib ki, hər gəmi keçə biləcək, amma yoxlamaların “vaxt tələb edəcəyini” qeyd edib.
Hüseyni bildirib ki, hər tanker gəmisi öz yükü haqqında məlumatı elektron poçtla İran hakimiyyətlərinə göndərməlidir. Sonra İran onlara ödəniş məbləği barədə məlumat verəcək, ödəniş isə kriptovalyuta ilə həyata keçiriləcək. Ödəniş dərəcəsi hər barel üçün 1 dollar olacaq, boş gəmilər isə sərbəst keçə biləcəklər.
“Məktub alındıqdan və İran qiymətləndirməni tamamladıqdan sonra gəmilərə ödənişi "Bitcoin" ilə etmək üçün bir neçə saniyə vaxt veriləcək. Bu, ödənişin izlənməməsini və sanksiyalar səbəbilə müsadirə edilməməsini təmin edəcək”.
Hüseyni xəbərdarlıq edib ki, icazəsiz keçməyə çalışan hər hansı gəmi məhv ediləcək.
Hürmüz boğazından neft daşımaq üçün əsasən iri tanker gəmilərindən istifadə olunur, bunlar 1,5–2 milyon barel neft daşıya bilir.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930