6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Azərbaycan Gürcüstandan 2,8 milyon dollarlıq dərman idxal edib

07-aprel-2026
Azərbaycan Gürcüstandan 2,8 milyon dollarlıq dərman idxal edib
Yazı Ölçüsü:
Azərbaycan 2025-ci ildə Gürcüstandan 2,8 milyon dollarlıq dərman idxal edib.
"PostMedia" xəbər verir ki, bu barədə "BusinessMedia.ge" saytı məlumat yayıb.
Məlumatda deyilir ki, 2025-ci ildə Gürcüstanda istehsal edilən dərman vasitələrinin yerli ixracı 21,2 milyon dollar təşkil edib. Bu göstərici 2024-cü ildə qeydə alınan 20,6 milyon dollarlıq ixracdan bir qədər çoxdur.
Rəsmi statistikaya görə, qablaşdırılmış dərman vasitələrinin yerli ixracı rekord həddə – 26,8 milyon dollar səviyyəsində 2023-cü ildə olub. 2026-cı ilin ilk iki ayında isə xaricə ümumilikdə 2,3 milyon dollarlıq dərman ixrac edilib.
2025-ci ildə Ermənistan 5,2 milyon dollarlıq, Tacikistan 3,2 milyon dollarlıq, Özbəkistan 2,3 milyon dollarlıq və Qazaxıstan 1,9 milyon dollarlıq dərman idxal edib.
Bundan əlavə, Türkmənistana ixrac 1,5 milyon dollar təşkil edib. İxrac siyahısında daha sonra Keniya, İraq, Belarus və Qırğızıstan yer alır.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031