6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Qazaxıstan rəsmi olaraq “Zəngəzur dəhlizi” ilə maraqlandığını açıqlayıb

07-aprel-2026
Qazaxıstan rəsmi olaraq “Zəngəzur dəhlizi” ilə maraqlandığını açıqlayıb
Yazı Ölçüsü:
Qazaxıstan;n baş naziri Oljas Bektenov Bakıya işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə qrup görüşündə və təşkilata üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin toplantısında iştirak edib.
"PostMedia" xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda qeyd edilir.
Qazaxıstan hökumətinin məlumatına görə, görüşdə nəqliyyat və tranzit əməkdaşlığı məsələlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, Orta Dəhlizin statusunun möhkəmləndirilməsi məqsədilə bu il Qazaxıstan və Azərbaycan arasında hökumətlərarası sazişin imzalanması planlaşdırılır.
Oljas Bektenov Trans‑Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) layihəsinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bunu “Zəngəzur dəhlizi”nin açılması perspektivi ilə əlaqələndirib.
Qeyd olunub ki, Kasım‑Jomart Tokayevin təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatının rəqəmsal monitorinq mərkəzi Orta Dəhlizin inkişafına əlavə təkan verə bilər. Bu məqsədlə xüsusi işçi qrupunun təcili yaradılması da təklif olunub.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930