Rotşildlər ailəsi "The Economist" jurnalındakı payını satıb
"PostMedia" "Axios"a istinadən xəbər verir ki, britaniyalı xeyriyyəçi və investor Linn Forester de Rotşild ailəsinə məxsus olan payın (26,9%) hamısını kanadalı milyarder Stiven Smit və onun ailə holdinq şirkətinə satıb.
Bu, nəşrin 183 illik tarixində son onillikdə baş verən ən böyük mülkiyyət dəyişikliklərindən biri hesab olunur.
Daha əvvəl bildirilirdi ki, satıcılar ailənin bütün payını təxminən 400 milyon funt sterlinq dəyərində qiymətləndirirdilər.
Jurnalın nümayəndəsi də satışla bağlı razılaşmanın əldə olunduğunu təsdiqləyib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
