"Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə fəaliyyət fonunda transsərhəd ödənişlər 68% artıb - "VTB Bank"
19-mart-2026
Tural
Yazı Ölçüsü:
"VTB Bank" ASC-də xidmət alan kiçik və orta biznes subyektləri 2025-ci ilin yekunlarına əsasən beynəlxalq köçürmələrin həcmini 68% artırıblar.
"PostMedia" "TASS"a istinadən xəbər verir ki, TransRussia 2026 sərgisinin kuluarlarında bankın analiz, koordinasiya və məhsul inkişafı departamentinin rəhbəri, baş vitse-prezident Yuliya Kopytov bu barədə açıqlama verirb.
Onun sözlərinə görə, bu artım bankın Çin, Hindistan, Vyetnam, o cümlədən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdəki xarici bölmələri vasitəsilə həyata keçirilən əməliyyatlarla bağlıdır.
“2025-ci ildə VTB-nin kiçik və orta biznes müştəriləri beynəlxalq köçürmələrin həcmini 68% artırıblar. Xarici tərəfdaşlarla əməkdaşlıq edən müştərilərin sayı isə 30% artıb”, – deyə o bildirib.
Kopytova qeyd edib ki, bank xarici iqtisadi fəaliyyət iştirakçılarına müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yerləşən bölmələri vasitəsilə hesablaşmalar üçün geniş imkanlar təqdim edir.