6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Çin və ABŞ arasında Parisdə ticarət danışıqları keçirilib

16-mart-2026
Turan Hüseynli
Çin və ABŞ arasında Parisdə ticarət danışıqları keçirilib
Yazı Ölçüsü:

Çin və ABŞ nümayəndə heyətləri Parisdə keçirilən ticarət danışıqlarından sonra dərin, səmimi və konstruktiv müzakirələr aparıblar.

"PostMedia" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, Çin ticarət nazirinin müavini Li Çenqan bildirib ki, tərəflər ticarət və investisiya əməkdaşlığını təşviq etmək üçün ikitərəfli iş mexanizminin yaradılmasını müzakirə ediblər.

Onun sözlərinə görə, hər iki tərəf sabit ticarət-iqtisadi münasibətlərin həm iki ölkə, həm də qlobal iqtisadiyyat üçün faydalı olduğu qənaətindədir.

Çin nümayəndəsi həmçinin vurğulayıb ki, Pekinin ABŞ-ın ticarət qanunvericiliyinin 301-ci bölməsi çərçivəsində apardığı araşdırmalara münasibəti dəyişməz olaraq qalır və Çin bu cür birtərəfli addımlara qarşıdır.

Kateqoriyalar