6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Dünyada süd məhsullarının qiymətlərinin azalacağı proqnozlaşdırılır

27-fevral-2026
Dünyada süd məhsullarının qiymətlərinin azalacağı proqnozlaşdırılır
Yazı Ölçüsü:
2026-cı ildə südün qlobal tədarükündə yaranacaq artıqlıq süd məhsullarının qiymətlərinin enməsinə və eyni zamanda istehlakın artmasına səbəb olacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Danimarkanın "Arla Foods" şirkəti məlumat verib. "Reuters"in xəbərinə görə, 2025-ci ildə əlverişli hava şəraiti və yem bitkilərinin yüksək məhsuldarlığı nəticəsində süd istehsalı əhəmiyyətli dərəcədə artıb.
"Arla Foods"un açıqlamasında deyilir:
“Dördüncü rübdə baş verən ciddi tədarük artımının 2026-cı ilin əvvəlində də bazara təsir göstərəcəyi və süd məhsullarının qlobal qiymətləri üzərində təzyiq yaradacağı gözlənilir.”
Eyni zamanda, şirkət ilin sonuna doğru bazar şəraitində qismən sabitləşmə olacağını proqnozlaşdırır, – deyə "Agroexport" bildirir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930