—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

London Kiyevə yeni yardım paketi ayırdığını açıqlayıb

24-fevral-2026
Turan Hüseynli
London Kiyevə yeni yardım paketi ayırdığını açıqlayıb
Yazı Ölçüsü:
Böyük Britaniya hökuməti Ukraynaya növbəti yardım paketinin ayrıldığını elan edib. Paketə enerji şəbəkələrinin bərpası üçün maliyyə dəstəyi, britaniyalı hərbi cərrahlar tərəfindən peşəkar məsləhət və təlimlər, eləcə də ukraynalı helikopter pilotlarının hazırlanması daxildir.
"PostMedia" xəbər verir ki, rəsmi açıqlamaya görə, enerji infrastrukturunun bərpası və əlavə istehsal güclərinin təmin edilməsi üçün əlavə 20 milyon funt sterlinq (45,9 milyon manat) ayrılıb.
Son dörd il ərzində London Ukraynanın enerji sektoruna ümumilikdə 490 milyon funt sterlinqdən (təxminən 1,1 milyon manat) çox vəsait xərcləyib. Bundan başqa, ön cəbhə bölgələrində humanitar yardıma 5,7 milyon funt sterlinq (təxminən 13,1 milyon manat) yönəldiləcək.
Paket çərçivəsində britaniyalı hərbi həkimlər ukraynalı sahə cərrahları üçün tibbi təlimlər keçirəcək, helikopter pilotları isə ilk dəfə olaraq Britaniya aviabazasında instruktora çevrilmək üçün hazırlıq keçəcəklər.
Hökumət həmçinin bildirib ki, Baş nazir Kir Starmer Parisdə Fransa Prezidenti Emmanuel Makronun təşkil etdiyi “istəyənlər koalisiyası” toplantısında iştirak edəcək. Xarici işlər naziri İvet Kuper isə Ukrayna cəmiyyətinin dayanıqlığını dəstəkləmək üçün 30 milyon funt sterlinqlik (təxminən 69 milyon manat) əlavə yardım elan edəcək.
Kateqoriyalar