N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Dünyanın ən varlı insanlarının sərvəti yeni rekorda çatıb

19-yanvar-2026
Türkan Nəbi
Dünyanın ən varlı insanlarının sərvəti yeni rekorda çatıb
Yazı Ölçüsü:
Milyarderlərin ümumi sərvəti 2,5 trilyon dollar artaraq rekord səviyyə olan 18,3 trilyon dollara yüksəlib.
"PostMedia" xəbər verir ki, bu barədə "Oxfam" xeyriyyə təşkilatları birliyinin illik hesabatında qeyd edilib.
DW-nin məlumatına əsasən, 2020-ci ilin martından bəri milyarderlərin birgə sərvəti 81% artıb. Oxfam qeyd edir ki, planetin ən varlı insanı İlon Mask cəmi dörd saniyədə dünya üzrə orta illik gəlirə bərabər məbləğ qazanır.
Eyni zamanda, hesabat göstərir ki, bəşəriyyətin təxminən yarısı yoxsulluq şəraitində yaşayır. Onların payına qlobal sərvətin cəmi 0,52%-i düşür, halbuki ən zəngin 1% dünya sərvətinin 43,8%-nə sahibdir.
“Biz milyarderlər dövründə yaşayırıq və bu, dünya üçün yaxşı xəbər deyil”, — deyə Oxfam Almaniyanın rəhbəri Şarlotta Bekker bildirib. Onun sözlərinə görə, xüsusilə narahatedici məqam gərhəddən artıq zənginlərin iqtisadi gücünün siyasi təsirə çevrilməsi və bunun demokratiyaya zərər vurmasıdır.
Kateqoriyalar