6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

İlon Mask tarixdə 700 milyard dolları aşan ilk şəxs olub

22-dekabr-2025
İlon Mask tarixdə 700 milyard dolları aşan ilk şəxs olub
Yazı Ölçüsü:
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask tarixdə sərvəti 700 milyard ABŞ dollarını ötən ilk insan olub.
"PostMedia" xəbər verir ki, bu barədə "Forbes USA" məlumat yayıb.
"Forbes"in yazdığına görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəməsinin aşağı instansiya məhkəməsinin qərarını ləğv etməsindən sonra artıb. Həmin qərarla Maskın Tesla səhmləri üzrə, hazırda 139 milyard dollar dəyərində qiymətləndirilən opsion mükafatları etibarsız sayılmışdı.
Məhkəmənin qərarının ləğv edilməsi Maskın aktivlərinin dəyərinin kəskin artmasına səbəb olub.
Hazırda İlon Maskın sərvəti 749 milyard ABŞ dolları olaraq qiymətləndirilir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031