"Tesla" sahibləri qapıların nasazlığına görə qəza çəkicləri alırlar - "Bloomberg"
18-dekabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
"Tesla" sahibləri qapıların kilidlənməsi səbəbindən pəncərələri sındırıb avtomobildən çıxa bilmək üçün qəza çəkicləri alırlar.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, qapıların açılmasına cavabdeh olan elektron mexanizmlərin nasazlığı səbəbindən insanlar çıxılmaz vəziyyətdə qalırlar. Şimali Karolina sakini Erin Geter bildirib ki, kiçik oğlu Teslanın içində kilidli qaldıqdan sonra o, hətta özünə yeni Honda alıb.
"Bloomberg"in araşdırmasına görə, 2018-ci ildən bəri ABŞ tənzimləyici orqanlarına "Tesla"nın ilişib qalan qapı tutacaqları ilə bağlı 140-dan çox şikayət daxil olub.
Milli Magistral Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) mexanizmlərdəki qüsurlara görə "Model Y" avtomobillərinin yoxlanılmasına başlayıb. Bir çox taksi və ortaq istifadəli avtomobil sürücüləri sərnişinlərə əvvəlcədən Tesla-nın qəza zamanı qapını mexaniki açan kabelini necə tapmağı izah edirlər. Şirkətin dizayn rəhbəri qeyd edib ki, Tesla tutacaqların konstruksiyasının dəyişdirilməsi üzərində işləyir.
Bloomberg aydınlıq gətirir ki, şirkətin müxtəlif modellərində qəza açma tutacaqlarının yeri fərqlidir. Bildirilir ki, təxminən 35 min nəfər avtomobil istehsalçılarından elektron qapıların dizaynını düzəltməyi tələb edən petisiyanı imzalayıb.
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb
05-mart-2026
HiTech
“Azercell” tarif paketlərini yeniləyir
05-mart-2026
Energetika
“Azeri Light” 5%-dək ucuzlaşdı
05-mart-2026
Energetika
Dünya bazarında Brent”in qimyəti dəyişməyib
05-mart-2026
Oğurluq
Teyker Karlsonun 7,9 milyon dollar dəyərində ALP nikotin paketləri ilə dolu yük maşını oğurlanıb