6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Qazaxıstan TRIPP çərçivəsində Ermənistan dəmir yollarının idarə olunmasına marağını təsdiqləyib

07-may-2026
Qazaxıstan TRIPP çərçivəsində Ermənistan dəmir yollarının idarə olunmasına marağını təsdiqləyib
Yazı Ölçüsü:

Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi məsələsi ikitərəfli münasibətlərin gündəmindədir. Çünki Astana Ermənistan ərazisi üzərindən nəqliyyat marşrutlarının inkişafında olduqca maraqlıdır.

"PostMedia" xəbər verir ki, bu barədə "NEWS.am"a müsahibəsində Qazaxıstan Xarici İşlər Nazirliyi yanında Xarici Siyasi Araşdırmalar İnstitutunun idarə rəisinin müavini Manarbek Kabaziyev bildirib.

Ekspert vurğulayıb ki, müasir geosiyasi gərginlik şəraitində Cənubi Qafqazda kommunikasiyaların açılması xüsusi aktuallıq qazanır. Bu isə Avrasiya marşrutlarını yeni regional təşəbbüslərlə birləşdirmək üçün əlavə imkanlar yaradır.

Müsahibə zamanı Kabaziyev qeyd edib ki, Qazaxıstan və Ermənistan münasibətləri strateji səviyyəyə çıxarmağa çalışır və nəqliyyat-logistika sahəsi əsas təmas nöqtələrindən biridir. O təsdiqləyib ki, dəmir yollarının idarə olunması məsələsi birbaşa TRIPP layihəsi və bazarlara çıxışı genişləndirmək üçün logistika maneələrini azaltmaq istəyilə bağlıdır.

“Əlbəttə, Qazaxıstan bunda çox ciddi maraqlıdır, buna görə də düşünürəm ki, prinsip etibarilə bizim belə yaxşı imkanımız var”, – deyə qazax ekspert icmasının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bu cür layihələrin həyata keçirilməsi Ermənistanın “Şimal-Cənub” və “Qərb-Şərq” marşrutlarının kəsişməsində mühüm nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.

Moskva ilə münasibətlərdə bu təşəbbüs səbəbindən mümkün çətinliklərlə bağlı suala cavab olaraq Kabaziyev bildirib ki, hər bir ölkənin öz milli maraqları var və bu halda onlar ümumi yanaşmaların axtarışı vasitəsilə uzlaşdırıla bilər.

O, həmçinin Ermənistanla Qazaxıstan arasında KTMT-dəki gərginlik fonunda isti münasibətlər mövzusuna toxunaraq qeyd edib ki, ikitərəfli dialoq dərin etimad və qarşılıqlı anlaşma üzərində qurulur.

“Bizim ikitərəfli münasibətlərimizdə, beynəlxalq və regional təşkilatlarda hər zaman ümumi qarşılıqlı anlaşma tapılır”, – deyə o əlavə edib və birgə iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət qurumları arasında birbaşa təmasların vacibliyini vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031