6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Türkiyənin nəqliyyat naziri: “Zəngəzur dəhlizi Orta Dəhlizin ən dar hissəsini rahatladacaq“

06-aprel-2026
Türkiyənin nəqliyyat naziri: “Zəngəzur dəhlizi Orta Dəhlizin ən dar hissəsini rahatladacaq“
Yazı Ölçüsü:

Orta Koridor hazırda Avropadan Asiyanın ən şərqinə qədər ən qısa dəmir yolu marşrutudur.
“PostMedia” xəbər verir ki, bunu “CNN Türk”ün efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, bu marşrut üzrə daşımalar təxminən 18 gün çəkir:

“Orta dəhliz hazırda Avropadan Asiyanın ən şərqinə qədər 18 günlük dəmir yolu müddəti ilə ən qısa dəhlizdir. Şimal dəhlizi və Cənub dəhlizi isə 25 günə, hətta 45 günə qədər uzana bilir.

Xəzər dənizində olan ən dar hissəni Zəngəzur dəhlizi ilə rahatlaşdıracağıq. Qarsdan başlayıb Dilucuya qədər gedən 224 kilometrlik dəmir yolu layihəsinin tenderini keçirmişik.

Naxçıvan hissəsinin bir qismi hazırdır, bir qismi isə Azərbaycan tərəfindən tikilir. Zəngəzur dəhlizinin isə yaxın vaxtlarda başlayacağını ümid edirik. Azərbaycan tərəfi isə demək olar ki, hazırdır”.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930