6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Nikol Paşinyan: "TRIPP Gürcüstan tranziti üçün maneə deyil"

04-mart-2026
Turan Hüseynli
Nikol Paşinyan: "TRIPP Gürcüstan tranziti üçün maneə deyil"
Yazı Ölçüsü:

“Tramp marşrutu” (TRIPP) Gürcüstan tranziti üçün maneə yaratmır".

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 4-də Ermənistan Milli Assambleyasında deputatların suallarını cavablandırarkən bildirib.

Baş nazir hakim partiyanın deputatının Gürcüstanda bəzi dairələrin TRIPP-i ölkənin tranzit roluna ciddi təhdid kimi qiymətləndirməsi ilə bağlı fikrinə münasibət bildirib. Qeyd olunurdu ki, yeni marşrut Gürcüstanın ikinci dərəcəli tranzit ölkəyə çevrilməsi riskini yarada bilər.

Paşinyan isə məsələyə daha geniş kontekstdə – Çindən Avropa İttifaqına Cənubi Qafqaz vasitəsilə daşımalar çərçivəsində baxmağın vacibliyini vurğulayıb.

“Burada söhbət trilyonlarla dollar dəyərində yüklərdən gedir. Hətta Cənubi Qafqaz ölkələrindən keçən 20 dəmir yolu və avtomobil marşrutu belə bu axını tam qarşılaya bilməz”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistan, Gürcüstan və Azərbaycan regional kommunikasiyaları rəqabət deyil, ortaq imkan kimi dəyərləndirməlidir.

“Əgər üç ölkə regionu yükdaşımalar üçün cəlbedici və təhlükəsiz marşruta çevirə bilsə, gəlirlər əhəmiyyətli dərəcədə artacaq”, – deyə baş nazir vurğulayıb.

Gürcüstana son səfərindən qayıtdığını qeyd edən Paşinyan bildirib ki, Tbilisidəki tərəfdaşları da eyni mövqeni bölüşür.

Kateqoriyalar