Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb
03-mart-2026
Admin
Yazı Ölçüsü:
Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.
"PostMedia" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, yeni metro stansiyası "Dərnəgül" deposu ərazisində olacaq:
"Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq".