Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi SOCAR Energy Georgia ölkədə ən çox həcmdə birbaşa xarici investisiya cəlb edən şirkətlər arasında birinci yeri tutub.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatlara əsasən, siyahıda ikinci yerdə "Selfie Mobile", üçüncü yerdə isə "IDEA Borjomi Georgia" və "IDEA Borjomi Beverages Company Georgia Branch" qərarlaşıb. İlk onluqda həmçinin aşağıdakı şirkətlər yer alıb:
Magticom
TAV Urban Georgia
Poti Sea Port Corporation
Geosteel
Lomisi
Georgia Cement
Mina
2025-ci ilin üçüncü rübündə Gürcüstana ən çox birbaşa xarici investisiya qoyan ölkələr bunlar olub:
ABŞ — 93,5 milyon dollar
İspaniya — 72,1 milyon dollar
Türkiyə — 70 milyon dollar
İnvestisiyalar üçün ən cəlbedici sahələr isə belə müəyyən edilib:
Daşınmaz əmlak — 91,7 milyon dollar (17,2%)
Nəqliyyat sektoru — 79,8 milyon dollar (15%)
Su təchizatı və tullantıların idarə edilməsi — 71,5 milyon dollar (13,4%)
Emal sənayesi — 68,3 milyon dollar
İnformasiya və kommunikasiya texnologiyaları — 54,5 milyon dollar