N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

“Türk axını” operatoru qərargahını Niderlanddan Macarıstana köçürür

09-dekabr-2025
Turan Hüseynli
“Türk axını” operatoru qərargahını Niderlanddan Macarıstana köçürür
Yazı Ölçüsü:

“Türk axını”n qaz kəmərinin operatoru "South Stream Transport" (SST, Niderland) qərargahını Niderlanddan Macarıstana köçürmək prosesinə başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Facebook səhifəsində məlumat verib.

Siyarto yazıb ki, dünən Niderland məhkəməsi Ukrayna enerji şirkətinin tələbi ilə, “Türk axını” kəmərinin Niderlandda qeydiyyatdan keçmiş operatorunun aktivlərini həbs etmişdi. Bu şirkət Rinat Axmetovla əlaqəli Ukrayna sahibkarına bağlıdır.

Nazir qeyd edib ki, operatorun fəaliyyəti hər hansı sanksiyalara tabe deyil, çünki Macarıstan qazın ödənişini sanksiyalardan təsirlənməyəcək üsulla həyata keçirə bilər.

“Türk axını” Rusiyadan Türkiyəyə Qara dəniz vasitəsilə qaz ixrac edən boru kəməridir. Layihənin illik gücü 31,5 milyard kubmetr qaz təşkil edir və qazın Türkiyə ilə yanaşı, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə tranzitini nəzərdə tutur.

Kəmər iki xətdən ibarətdir, hər biri ildə 15,75 milyard kubmetr qaz ötürə bilir. Siyarto yazıb ki, bəzi tərəflər əvvəlcə şirkət haqqında qorxuducu hekayələr yaymağa çalışsalar da, indi köç prosesi uğurla başlayıb.

Operatorun Macarıstana köçməsi, “Türk axını” layihəsinin Avropadakı qaz tədarükündə rolunu qorumasına imkan verəcək.

Kateqoriyalar