N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Gürcüstanda “Lukoil” YDM-lərində kartla ödəniş dayandırılıb

28-noyabr-2025
Turan Hüseynli
Gürcüstanda “Lukoil” YDM-lərində kartla ödəniş dayandırılıb
Yazı Ölçüsü:

Gürcüstanda “Lukoil” yanacaqdoldurma məntəqələrində artıq bank kartları ilə ödəniş etmək mümkün deyil.

"PostMedia" xəbər verir ki, bu barədə "Batumelebi" nəşri məlumat yayıb.

Məlumata görə, yanacağı yalnız nağd şəkildə almaq mümkündür.

“Bundan belə bank kartları ilə ödəniş etmək olmaz. Yeganə ödəniş üsulu nağddır, kartlar ləğv edilib”, – bunu “Lukoil” məntəqələrindən birinin əməkdaşı bildirib.

Jurnalistin “Kartla ödəniş qadağası nə qədərdir ki, qüvvədədir?” sualına məntəqədən cavab verilib ki, qadağa artıq beş gündür tətbiq olunur.

“Məbləği kassadan toplama agentliyi gəlib götürür”, – “Lukoil” əməkdaşı bildirib.

“Kartla ödənişlər müvəqqəti olaraq əlçatmazdır. Kartla ödənişlərin bərpası üçün dəqiq tarix məlum deyil”, – bunu isə “Lukoil”in qaynar xəttinin operatoru deyib.

Oktyabrın 22-də ABŞ tərəfindən Rusiya “Lukoil” şirkətinə tətbiq edilən maliyyə sanksiyaları həmçinin Gürcüstanda qeydiyyatda olan onun “Lukoil Gürcüstan” filialına da şamil olunur.

ABŞ Maliyyə Nazirliyi sanksiya sənədinə əlavə edib ki, 2025-ci ilin 21 noyabrına qədər sanksiyalar Rusiyadan kənarda fəaliyyət göstərən “Lukoil” yanacaqdoldurma məntəqələrinə şamil olunmur.

Daha sonra ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin İdarəetmə Ofisi (OFAC) müddəti üç həftə uzadaraq bildirib ki, “Lukoil”ə qarşı sanksiyalar 2025-ci ilin 13 dekabrında qüvvəyə minəcək.

Kateqoriyalar