N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Böyük Britaniya "Lukoil"un beynəlxalq aktivlərini 26 fevrala qədər sanksiyalardan çıxarıb

27-noyabr-2025
Turan Hüseynli
Böyük Britaniya "Lukoil"un beynəlxalq aktivlərini 26 fevrala qədər sanksiyalardan çıxarıb
Yazı Ölçüsü:

Böyük Britaniya hökuməti "Lukoil"un xaricdəki aktivlərinə sahib olan "Lukoil International GmbH" şirkəti üçün əməliyyatların davam etdirilməsi üzrə lisenziya verib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, lisenziya 26 fevrala qədər qüvvədə olacaq və London hər zaman bu icazəni geri çağırmaq hüququnu özündə saxlayır.

Britaniyanın Maliyyə Sanksiyaları İdarəsi (OFSI) tərəfindən verilmiş INT/2025/8031092 nömrəli lisenziya, beynəlxalq aktivlərlə əməliyyatların davam etdirilməsinə imkan verir.

Mətnə əsasən, "Lukoil International" və ya onun törəmə şirkətlərinə göndərilən vəsaitlər PАО “Lukoil” tərəfindən hələ də idarə olunursa dondurulmuş hesaba yönləndirilməlidir. Yalnız şirkət üzərində nəzarət aradan qalxdıqdan sonra vəsaitlər istifadə oluna bilər.

Lisenziya həmçinin britaniyalı maliyyə institutlarına icazə verilən əməliyyatlar çərçivəsində ödənişləri həyata keçirməyə imkan verir.

Xatırladaq ki, oktyabrın ortasında Böyük Britaniya "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi. Bu tədbirlər aktivlərin dondurulmasını, həmçinin etibar və nəqliyyat xidmətlərinə məhdudiyyətləri əhatə edib. ABŞ də bir həftə sonra bu şirkətlərin və onların törəmə şirkətlərinin üzərinə sanksiyalar qoymuş, əməliyyatları dayandırmaq üçün bir aylıq müddət verib.

Sanksiyalar "Lukoil"un xaricdəki aktivlərinin taleyinə dair suallar doğurub. Analitiklərə görə, bu aktivlər şirkətin EBITDA-sının təxminən 15%-ni təşkil edir. Şirkət əvvəlcə "Gunvor"a satış etməyə çalışmış, lakin nəticə əldə olunmayıb.

"Bloomberg" xəbər verir ki, bir sıra Avropa şirkətləri "Lukoil"un obyektlərini almaq üçün yarışa girib. Bolqarıstan ölkənin ən böyük neft emalı zavoduna tam nəzarət etmək üçün addım atıb, Finlandiyada bəzi yanacaqdoldurma məntəqələrində yanacaq tükənir, Rumıniyada isə şirkətin aktivlərini almaq planlaşdırılır.

Kreml isə qərb sanksiyalarını qanunsuz hesab edir və bildirir ki, "Lukoil"un xarici aktivləri satılarkən “beynəlxalq və iqtisadi münasibətlərin bütün qaydaları” təmin edilməlidir.

Kateqoriyalar