N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Reuters: "Leonid Fedun “LUKoil”dəki payını satıb"

25-noyabr-2025
Nigar Əliyeva
Reuters: "Leonid Fedun “LUKoil”dəki payını satıb"
Yazı Ölçüsü:

“LUKoil”in sabiq vitse-prezidenti və səhmdarı Leonid Fedun şirkətdəki təxminən 10 faiz payını satıb.

"PostMedia"nın məlumtına görə, bu barədə "Reuters" agentliyi iki mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, Fedunun payını birbaşa “LUKoil” özü satın alıb. Agentliyin hesablamalarına əsasən, satılan səhm paketi təxminən 7 milyard dollar dəyərindədir.

Mənbələrdən biri bildirib ki, Fedun Rusiya aktivlərindən çıxmaq qərarını onun Monako rezidentliyi ilə əlaqədar qəbul edib.

Rusiya neft nəhəngi “LUKoil” oktyabrın sonunda ABŞ-ın SDN siyahısına daxil edilmişdi. Bu, şirkət və onun 50%-dən çox paya malik olduğu bütün törəmələri üçün ən yüksək səviyyəli sanksiyaların tətbiqi deməkdir. ABŞ Maliyyə Nazirliyi noyabrın 21-dək şirkətlə bağlı bütün əməliyyatların dayandırılmasını tələb etmiş, daha sonra bəzi əməliyyatlar üçün lisenziyalar 13 dekabradək uzadılmışdı.

Sanksiyalar səbəbindən “LUKoil”in xarici aktivlərinin taleyi gündəmə gəlib. Analitiklərin qiymətləndirməsinə görə, şirkətin EBITDA-sının təxminən 15%-i məhz xaricdəki layihələrdən gəlir. ABŞ-nin bloklaşdırıcı sanksiyaları şirkətin bu layihələrdə idarəetmədə iştirakını və maliyyə əməliyyatlarını faktiki olaraq mümkünsüz edir.

69 yaşlı Leonid Fedun "Bloomberg" milyarderlər reytinqində 8,88 mlrd dollar sərvətlə 389-cu yerdədir. O, “LUKoil”də vitse-prezident vəzifəsini 1996–2022-ci illərdə icra edib.

Kateqoriyalar