Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı nefti bahalaşıb.
“PostMedia” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,1 % artaraq 68,00 dollar olub. Xatırladaq ki, builki dövlət büdcəsində neftin qiyməti 70 dollar/barel olaraq götürülüb. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.