N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Raket hücumundan sonra “Transneft” Novorossiyskə neft ötürülməsini dayandırıb

14-noyabr-2025
Turan Hüseynli
Raket hücumundan sonra “Transneft” Novorossiyskə neft ötürülməsini dayandırıb
Yazı Ölçüsü:

Gecə həyata keçirilən hücumdan sonra “Transneft” Novorossiysk limanına neft nəqlini dayandırıb.

PostMedia” xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki sənaye mənbəsinə istinadla xəbər yayıb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hücum nəticəsində Şeskharis neft bazası, konteyner terminalı, limanın quru infrastrukturu və limanda dayanmış bir mülki gəmi zərər görüb.

”BBC”nin məlumatına görə, həmin gəminin heyətindən üç nəfər yaralanıb.

Novorossiysk şəhərinin meri Andrey Kravçenko təsdiqləyib ki, PUA qalıqları “Çernomortransneft”ə məxsus çənə və gəmi körpüsünə zərər vurub.

Bundan əlavə, PUA qalıqları dörd yaşayış binasına və iki fərdi evə ziyan yetirib, bir nəfər isə xəsarət alıb.

Kateqoriyalar