6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

ABŞ NATO müttəfiqlərinə, o cümlədən Türkiyəyə Rusiyadan enerji daşıyıcıları alışı dayandırmaq çağırışı edib

11-noyabr-2025
ABŞ NATO müttəfiqlərinə, o cümlədən Türkiyəyə Rusiyadan enerji daşıyıcıları alışı dayandırmaq çağırışı edib
Yazı Ölçüsü:
ABŞ vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio noyabrın 10-da Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüblər.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, tərəflər İsraildə girovların azad olunması və Qəzzədə uzunmüddətli atəşkəsə nail olmaq səylərini dəstəklədiklərini bir daha təsdiqləyiblər.
Eyni zamanda, ABŞ nümayəndələri NATO müttəfiqlərinə, xüsusilə də Türkiyəyə, Rusiyadan enerji daşıyıcılarının alınmasını dayandırmaq barədə Prezident Donald Trampın çağırışını xatırladıblar. Bu addımın məqsədi Ukraynada davam edən müharibəyə son qoymaq kimi təqdim olunub.
ABŞ Dövlət katibinin müavini Tommi Piqonun sözlərinə görə, bu məsələ “enerji asılılığının azaldılması və Rusiyaya iqtisadi təzyiqin artırılması” kontekstində müzakirə edilib.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031