6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Bolqarıstan prezidenti “LUKOIL” aktivləri ilə bağlı qanuna veto qoydu

05-noyabr-2025
Bolqarıstan prezidenti “LUKOIL” aktivləri ilə bağlı qanuna veto qoydu
Yazı Ölçüsü:

Bolqarıstan prezidenti Rumen Radev parlamentin qəbul etdiyi, “LUKOIL” şirkətinin əmlakına dair dəyişikliklər nəzərdə tutan “İnvestisiyaların təşviqi haqqında” qanuna veto qoyub.

PostMedia” xəbər verir kiv Prezident Administrasiyasının məlumatına görə, Radev sənədi yenidən baxılması üçün Milli Məclisə qaytarıb.

Qanun “LUKOIL” şirkətinə məxsus dörd müəssisənin daşınmaz əmlakı, hərəkətli əmlakı və paylarının satışı və ya əl dəyişməsi ilə bağlı xüsusi məhdudiyyətlər tətbiq edirdi.

Radev bildirib ki, sənəd hökməti Dövlət Təhlükəsizliyi Agentliyindən asılı vəziyyətə salır, bu isə konstitusiyaya zidd hesab olunur.

Xatırladaq ki, 1noyabrın 1-də “Politico” nəşri yazmışdı ki, ABŞ prezidenti Donald Trampın “LUKOIL”a qarşı sanksiyaları Bolqarıstanda yanacaq çatışmazlığına və kütləvi etirazlara səbəb ola bilər. Mənbələrin məlumatına görə, Sofiya hökuməti sanksiyalardan istisna olunmaq üçün Vaşinqtona müraciət etməyi nəzərdən keçirir.

Ekspertlər bildirirlər ki, bu vəziyyət regionun enerji sabitliyinə, xüsusən də Qara dəniz və Azərbaycan neftinin Avropaya nəqli marşrutlarına dolayı təsir göstərə bilər, çünki Bolqarıstan bu tədarük zəncirində mühüm tranzit ölkədir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031