Qətər Avropaya xəbərdarlıq edib ki, əgər Avropa İttifaqı bütün tədarük zəncirlərinin yoxlanmasını tələb edən Direktivi (CSDDD - Corporate Sustainability Due Diligence Directive) yumşaltmasa, mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandıra bilər.
"PostMedia" xəbər verir ki, bu barədə ölkənin energetika naziri və "QatarEnergy"nin rəhbəri Səəd Şerida əl-Kəbi ADIPEC konfransında bildirib.
"Əgər Avropa həqiqətən CSDDD-ni necə yumşalda biləcəklərini və ya ləğv edə biləcəklərini nəzərdən keçirməsə, amma hələ də enerji sektorunda dünya dövriyyəsinin 5%-i həcmində cərimə tətbiq etməyə davam edəcəksə, biz Avropaya MTQ tədarük etməyəcəyik, bu dəqiqdir".
Əl-Kəbi əlavə edib ki, Qətər yaxın gələcəkdə atmosferə sıfır karbon emissiyasına nail ola bilməyəcək.
Əvvəllər Qətər Belçika hökumətinə CSDDD səbəbindən LNG tədarükünün azaldıla biləcəyi barədə məktub göndərmişdi. Əgər Direktivdə hər hansı yumşalmaya nail olmaq mümkün olmasa, ölkə alternativ bazarlara LNG ixracını nəzərdən keçirə bilər.
Qeyd edək ki, 2022-ci ildən bəri Qətər Avropa İttifaqının yanacaq tələbatının 12–14%-ni təmin edir.
CSDDD Direktivi Aİ-nin 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaq tədbirlərinin bir hissəsidir. Direktivaya əsasən, Aİ-də fəaliyyət göstərən böyük şirkətlər öz fəaliyyəti, törəmə müəssisələri və tərəfdaşları nəticəsində insan hüquqlarına və ətraf mühitə potensial və real mənfi təsirləri müəyyən edib aradan qaldırmalıdır. Bu qaydanı pozan hüquqi şəxslər üçün cərimələr ən azı illik gəlirin 5%-i həcmində ola bilər.
2022-ci ildə "Bloomberg" yazmışdı ki, Qətər Aİ ölkələrindən 20 illik LNG tədarük müqavilələri tələb etməyi planlaşdırırdı. Avropa ölkələri bu təklifləri "çox sərt" hesab edərək, danışıqlar nəticəsiz qalmışdı.