“Lukoil”un Azərbaycandakı hissələrini alan şirkətin adı məlum olub
30-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Əgər razılaşma həyata keçərsə, “Lukoil”-un xaricdəki aktivlərini, o cümlədən Azərbaycandakı hasilat aktivlərini "Gunvor" Group Ltd şirkəti əldə edəcək.
"PostMedia" xəbər verir k, “Lukoil” ABŞ-nin sanksiyalar siyahısına 2025-ci il oktyabrın 22-də daxil edilib. Bir həftə öncə isə Böyük Britaniya onun əleyhinə sanksiyalar tətbiq edib. Oktyabrın 27-də şirkət açıqlayıb ki, “bəzi ölkələrin məhdudlaşdırıcı tədbirləri səbəbindən beynəlxalq aktivlərini satmağı qərara alıb və “potensial alıcılardan ərizələrin qəbulu başlanıb”.
Ekspertlər bildirirlər ki, “Lukoil”-un böyük beynəlxalq ticarət şəbəkəsi var və "Gunvor" bu şəbəkədən faydalana bilər. “Gunvor” öz neft sifarişlərini “Lukoil”-un qurduğu şəbəkə vasitəsilə emal edə və yanacaqdoldurma stansiyalarında satışını həyata keçirə bilər — beləliklə, bütün səviyyələrdə inteqrasiyadan faydalanacaq.