N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

“LUKOIL” Azərbaycan da daxil olmaqla dost ölkələrdəki aktivlərini qoruya bilər

28-oktyabr-2025
Türkan Nəbi
“LUKOIL” Azərbaycan da daxil olmaqla dost ölkələrdəki aktivlərini qoruya bilər
Yazı Ölçüsü:
“LUKOIL” xarici aktivlərinin bir hissəsini satmağa hazırlaşır.
"PostMedia" xəbər verir ki, bunu "Kasatkin Consulting" şirkətinin partnyoru Dmitri Kasatkin TASS-a bildirib.
Onun sözlırinə görə, şirkət “qeyri-dost” ölkələrdəki aktivlərini tamamilə satacaq, lakin neytral və dost ölkələrdə, o cümlədən Azərbaycan, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanda — layihələrdə kiçik payını (minoritar payı) saxlaya bilər.
Kasatkinin sözlərinə görə, bu ölkələrdəki aktivlərin ümumi dəyəri təxminən 4 milyard dollar təşkil edir, lakin təcili satış halında bu məbləğ 1–2 milyard dollara enə bilər.
“LUKOIL” hazırda Azərbaycanda “Şah-Dəniz” qaz yatağında 19,99% paya malikdir, eləcə də Qazaxıstan, İraq və BƏƏ-də iri enerji layihələrində iştirak edir.
Kateqoriyalar