N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Yunanıstan “Türk axını” qazını rus qazı kimi tanıyacaq

24-oktyabr-2025
Türkan Nəbi
Yunanıstan “Türk axını” qazını rus qazı kimi tanıyacaq
Yazı Ölçüsü:
Yunanıstan Avropa İttifaqının energetika nazirləri ilə razılığa gələrək əksi sübut təqdim olunmadığı halda “Türk axını” kəməri vasitəsilə daxil olan bütün təbii qazın Rusiya mənşəli sayılmasını dəstəkləyib.
"PostMedia" xəbər verir ki, bu barədə ölkənin ətraf mühit və energetika naziri Stavros Papastavru "ERT-news" telekanalına açıqlamasında bildirib.
“Avropa İttifaqının 27 ölkəsi Rusiyadan qaz asılılığını aradan qaldırmaq qərarı qəbul edib. Yunanıstan bu təşəbbüsü elə əvvəldən dəstəkləyib, lakin biz istəyirik ki, bu müstəqillik real olsun və Rusiya qazının Avropaya müxtəlif yollarla daxil olmasına imkan yaradan ‘boşluqlar’ qalmasın”, – deyə Papastavru vurğulayıb.
Nazirin sözlərinə görə, Yunanıstan “Türk axını” vasitəsilə daxil olan qazın avtomatik olaraq Rusiya mənşəli hesab edilməsinə nail olub: “Biz bu kəmər vasitəsilə sanksiyaların dolanılmasının qarşısını aldıq. Bu, çox mühüm addımdır.”
Yunanıstana qaz Bolqarıstanın qaz sistemi üzərindən Sidirakastro giriş nöqtəsində daxil olur. Bu sistem, o cümlədən “Türk axını” qaz kəmərindən qidalanır. Ölkə həmçinin Azərbaycanın qazını Cənub Qaz Dəhlizi vasitəsilə, eləcə də dənizlə mayeləşdirilmiş təbii qaz (LNG) partiyaları şəklində alır.
Xatırladaq ki, 23 oktyabrda Aİ-nin 19-cu sanksiya paketinə Rusiyadan idxal olunan mayeləşdirilmiş qazın (SPG) 2026-cı il 25 aprelindən qısamüddətli, 2027-ci il 1 yanvarından isə uzunmüddətli müqavilələr üzrə tam qadağan edilməsi daxil edilib.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bildirmişdi ki, Rusiya ilə uzunmüddətli enerji müqavilələri olan Aİ ölkələri bu razılaşmaları pozduqları təqdirdə böyük cərimələrlə üzləşə bilərlər.
Kateqoriyalar