6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Rusiya qazı İrana Azərbaycan üzərindən çatdırılacaq

16-oktyabr-2025
Rusiya qazı İrana Azərbaycan üzərindən çatdırılacaq
Yazı Ölçüsü:

Ölkəyə qarşı tətbiq edilən sanksiyalar Rusiyadan İrana qaz tədarükünə mane olmayacaq.

"PostMedia" xəbər verir ki, bunu İranın neft nazirinin müavini Omid Şakeri bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi layihənin həyata keçirilməsi üzərində çalışır və “snapback” mexanizminə əhəmiyyət vermir.

Qeyd edək ki, 2025-ci ilin yanvarında Rusiya və İran qaz kəmərinin Azərbaycan ərazisindən keçəcək marşrutu razılaşdırılıb. Hazırda qiymət məsələləri üzrə danışıqlar yekunlaşmaq üzrədir. İlkin mərhələdə qaz tədarükü 2 milyard kubmetr olacaq, gələcəkdə bu həcm 55 milyard kubmetrə qədər artırıla bilər.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031