6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika | Dünya

Macarıstan Azərbaycandan qaz idxalını artırmaq niyyətindədir

15-oktyabr-2025
Macarıstan Azərbaycandan qaz idxalını artırmaq niyyətindədir
Yazı Ölçüsü:
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Piter Siyarto Rusiya Enerji Həftəsində çıxışı zamanı bildirib ki, ölkə yalnız Rusiyadan deyil, həm də Azərbaycan, Türkiyə və Xorvatiydan qaz alır.
"PostMedia" xəbər verir ki, nazir hazırda Macarıstanın enerji balansı təhlükəsiz hesab olunsa da, Rusiyadan qaz tədarükü tam dayandırılarsa, mövcud infrastruktur ölkəni lazımınca qazla təmin edə bilməyəcəyini və qiymətlərin kəskin artacağını qeyd edib.
Siyarto qeyd edib ki, Macarıstanın “Qazprom”la uzunmüddətli müqaviləsi qüvvədədir, eyni zamanda ölkə Azərbaycan, Türkiyə, Xorvatiya qazı üzərindən LNG, eləcə də Engie və Shell şirkətləri ilə yeni uzunmüddətli razılaşmalar əsasında qaz tədarükünü genişləndirir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031