N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Alparslan Bayraktar : "Türkiyə Azərbaycan və Rusiyadan təbii qaz alışını davam etdirəcək"

02-oktyabr-2025
Admin
Alparslan Bayraktar : "Türkiyə Azərbaycan və Rusiyadan təbii qaz alışını davam etdirəcək"
Yazı Ölçüsü:
ABŞ-nin Rusiyadan enerji daşıyıcıları idxalından imtina etməsi ilə bağlı çağırışına baxmayaraq, Türkiyə Rusiyadan təbii qaz almağa davam edəcək.
"PostMedia" xəbər verir ki, bunu ölkənin energetika naziri Alparslan Bayraktar "CNN Turk" telekanalına açıqlamasında bildirib.
“Bizim Rusiya ilə müqavilələrimiz var. Qış mövsümü yaxınlaşır. Vətəndaşlarımıza ‘qaz yoxdur’ deyə bilmərik. Bizim Rusiyadan, Azərbaycandan və Türkmənistandan qaz almağımız vacibdir”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 25 sentyabrda Vaşinqtonda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaranı Rusiyadan enerji daşıyıcıları alışı dayandırmağa çağırıb. Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsinin (EPDK) məlumatına görə, 2024-cü ildə Rusiya ölkənin əsas təbii qaz, neft və neft məhsulları tədarükçüsü olub.
Bayraktar həmçinin Rusiyadan Türkiyəyə “Mavi axın” qaz kəməri ilə qaz tədarükü müqaviləsinin uzadılması üzrə danışıqların aparıldığını qeyd edib.
Kateqoriyalar