6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

"Ümid-Babək" Əməliyyat Şirkətində kadr təyinatı olub

01-sentyabr-2025
"Ümid-Babək" Əməliyyat Şirkətində kadr təyinatı olub
Yazı Ölçüsü:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payçısı olduğu "Ümid-Babək" Əməliyyat Şirkətinə yeni Korporativ Kommunikasiyalar üzrə Baş mütəxəssis təyin edilib.
"PostMedia" xəbər verir ki, bu vəzifə Yeganə Ramazanovaya həvalə edilib.
Qeyd edək ki, Yeganə Razamanova bu təyinata qədər Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində çalışıb.
O, daha öncə APA İnformasiya Agentliyində, "ARB 24" televiziyasında və İpoteka və Kredit Zəmanət Fondunda isə (İKZF) mətbuat katibi kimi işləyib.
Xatırladaq ki, "Ümid-Babək" Əməliyyat Şirkətinin səhmlərinin 80%-i SOCAR-a, 20%-i isə "Nobel Upstream"ə məxsusdur.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031