İyulun 16-da Vyetnamın Hanoy şəhərində Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının birinci iclası və Azərbaycan-Vyetnam Biznes Forumu, iyulun 17-də isə İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək.
Bu barədə "PostMedia"ya Energetika Nazirliyindən məlumat verilib.
Tədbirlər zamanı iki ölkə arasında ticarət-iqtisadi, energetika, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması, iqtisadi və ticari münasibətlərin mövcud vəziyyətinin və investisiya imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Diendir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
