N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Bu ilin ilk yarısında bərpa olunan enerji istehsalı 297,2 mln kVt/s artıb

15-iyul-2025
Turan Hüseynli
Bu ilin ilk yarısında bərpa olunan enerji istehsalı 297,2 mln kVt/s artıb
Yazı Ölçüsü:

2025-ci ilin yanvar-iyun ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 291,5 mln kVt/s, yəni 2,2 % artaraq 13 849,3 mln kVt/s olub.

Bu barədə "PostMedia"ya Energetika Nazirliyindən məlumat verilib.

Bu dövrdə İES-lərdə 11 519,2 mln kVt/s, SES-lərdə 1 860 mln kVt/s, digər mənbələr üzrə isə 470,1 mln kVt/s, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln kVt/s, günəş elektrik stansiyalarında 314,6 mln kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln kVt/s elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln kVt/s artımla 2 330,1 mln kVt/s elektrik enerjisi istehsal edilib.

6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln kVt/s (İES-lərdə 10 441,4 mln kVt/s, SES-lərdə 1 851,1 mln kVt/s, GES-lərdə 30,7 mln kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 mln kVt/s, müstəqil elektrik stansiyaları üzrə isə 1 511,5 mln kVt/s təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 709,9 mln kVt/s, idxalı isə 81,1 mln kVt/s olub.

Kateqoriyalar