N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Pərviz Şahbazov Vyanada Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

10-iyul-2025
Turan Hüseynli
Pərviz Şahbazov Vyanada Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
Yazı Ölçüsü:

Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib.

Bu barədə “PostMedia”ya Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşdə OPEC+ formatı, eləcə də ikitərəfli çərçivədə enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib.

Söhbət zamanı “yaşıl enerji” tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 QVt gücündə külək enerjisi və digər bərpa olunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.

Kateqoriyalar