Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri həyata keçiriləcək.
”PostMedia” “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək Bakı-Sumqayıt şossesi, Xırdalan şəhəri Heydər Əliyev prospekti, Nizami Gəncəvi küçəsi, Kənd Xırdalan ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
