N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Dünya birjalarında xam neft həftəni ucuzlaşma ilə başlayıb

01-iyul-2025
Turan Hüseynli
Dünya birjalarında xam neft həftəni ucuzlaşma ilə başlayıb
Yazı Ölçüsü:

Londonun “InterContinental Exchange” (ICE) birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin avqust fyuçersləri üzrə 1 bareli 66,44 ABŞ dollarına təklif edilib.
PostMedia” xəbər verir ki, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 1,77 dollar və ya təxminən 1,96 % azalma deməkdir.
Eyni zamanda, Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 64,78 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 0,74 dollar və ya təxminən 1,13 % ucuzlaşma deməkdir.

Kateqoriyalar