6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Pərviz Şahbazov bp şirkətinin baş icraçı direktorunu qəbul edib

19-iyun-2025
Pərviz Şahbazov bp şirkətinin baş icraçı direktorunu qəbul edib
Yazı Ölçüsü:

Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

"Bu barədə "PostMedia"ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Müxtəlif enerji növlərindən istifadənin enerji təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlılıq məsələlərinin həllində mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu, bp şirkəti ilə neft-qaz sahəsində başlayan əməkdaşlığın hazırda bərpa olunan enerji layihəsi - "Şəfəq" günəş elektrik stansiyası ilə uğurla davam etdirilməsi xüsusi qeyd edilib.

Söhbət zamanı mövcud enerji layihələrinin inkişafı, həmçinin “yaşıl enerji” dəhlizi və interkonnektorlarının icrası nəzərdən keçirilib. Qlobal enerji bazarlarında inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə nümayəndə heyətinin tərkibində iştirak edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə təyin olunmuş yeni regional prezidenti Ciovanni Kristofoliyə gələcək fəaliyyətində dəstək ifadə edilib.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031