2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib.
”PostMedia” Energetika Nazirliyinə istinadən xəbər verir ki, “Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir.
Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 mln. kVt·st, “Şayıflı” KSES-də isə 29,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
