6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

12-may-2025
Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib
Yazı Ölçüsü:

Mayın 12-də energetika naziri Pərviz Şahbazov Nazirlikdə vətəndaşları qəbul edib.

Bu barədə “PostMedia”ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbulda Bakı şəhəri, Biləsuvar və Kürdəmir rayonlarından olan vətəndaşların elektrik dirəklərinin istismar vəziyyəti, enerji verilişində fasilələr, enerjidən istifadəyə görə borcun yaranması, tikintiyə icazə rəyi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Nazirliyə ünvanlaya bilərlər.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031