6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

"Azərişıq" bu gün Xətaidə işıqları kəsəcək

07-may-2025
"Azərişıq" bu gün Xətaidə işıqları kəsəcək
Yazı Ölçüsü:
Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumatda dyeili ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 09:00-dan saat 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrində əhali və qeyri əhali abonentlərinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031